Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqla bağlı danışıqları iyunun 19-da başlayacağını elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prosedur ölkədə keçirilmiş parlament seçkilərindən 11 gün sonra baş tutacaq.
Mey Britaniyanın Birlikdən heç bir razılaşma olmadan çıxa biləcəyini deyib. Onun sözlərinə görə, London və Brüssel arasında danışıqların əsas mövzusu yeni statusda əməkdaşlıq olacaq.
Vüqar İSMAYILOV