Ötən gün Azərbaycan və Şimali İrlandiya komandaları arasında Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən matçda müdafiə xəttində inamlı oyunu ilə seçilən Pavel Paşayev diqqətləri özünə cəlb edib.
Modern.az Ukraynanın “Stal” klubunda forma geyən 29 yaşlı müdafiəçinin şəxsi həyatı ilə bağlı faciəli detalı müəyyən edib.
Belə ki, Pavel Paşayevin əkiz qardaşı, “Dnepr”klbunun oyunçusu Maksim Paşayev 2008-ci il dekabrın 12-də Poltava vilayətinin Qradijsk kəndi yaxınlığında keçirdiyi avtomobil qəzasında həlak olmuşdu. Onun 20 yaşı var idi.
Vüqar İSMAYILOV