Modern.az

Amerikalı seysmoloqlar Bakıya gəldilər

Amerikalı seysmoloqlar Bakıya gəldilər

12 İyun 2017, 14:36

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən başlayan Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı amerikalı seysmoloqlar - ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları- professor  Rengin Gök və professor  Andrea Çiang, eləcə də Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Azərbaycana gəliblər. Qonaqlar AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli ilə görüşüb, Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparıblar.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində amerikalı seysmoloqlar yerli mütəxəssislərə Azərbaycan ərazisinin seysmik küy tomoqrafiyası ilə öyrənilməsi metodları və Mw maqnitudasının hesablanmasının yeni üsullarına dair təlim keçəcəklər.

Kanadanın Geologiya Xidmətinin professor Tuna Onur  isə seysmik riskin öyrənilməsi ilə bağlı proqramları və onun iş prinspini təqdim edəcək. Həmçinin bu sahədə  yeni yanaşma metodu da müzakirə olunacaq. 

Xatırladaq ki, Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilk dəfə RSXM tərəfindən aparılacaq və bununla bağlı respublika ərazisində daimi seysmik stansiyalarla yanaşı,  müvəqqəti seysmik stansiyalar vasitəsi ilə müşahidələr aparılmasına başlanılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular