Modern.az

Moskvada yeni etirazlar – 50 nəfər saxlanıldı

Moskvada yeni etirazlar – 50 nəfər saxlanıldı

12 İyun 2017, 17:17

Moskvada Rusiya Günü ölkə müxalifəti kütləvi aksiyalar keçirir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvanın mərkəzindəki Tverskaya küçəsində və Zəfər meydanında 50 etirazçı saxlanılıb.

Mitinqin təşkilatçıalrı olan “Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun direktoru Roman Rubanov saxlanılıb.

 

Ölkə müxalifətinin əsas siması Aleksey Navalnı isə evinin Astanasında saxlanılıb. Onu 30 sutka inzibati həbsin gözlədiyi bildirilir.

 

Əsas etirazlar Moskva meriyasının şəhərdəki minlərlə “xruşşovka” tipli binaları sökməsi planları ilə bağlıdır. Bina sakinləri onlara şəhərdən kənarda yerləşən yerlərdən mənzillərin verilməsinə etiraz edir.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular