Modern.az

Türkiyə Karlov cinayətinin təşkilatçılarını adını açıqladı

Türkiyə Karlov cinayətinin təşkilatçılarını adını açıqladı

12 İyun 2017, 18:20

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fəthullah Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir.

Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub.

 

Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.

Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada qətlə yetirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular