Modern.az

Məktəb binası şagirdlərin gözü qarşısında yandı - VİDEO

Məktəb binası şagirdlərin gözü qarşısında yandı - VİDEO

12 İyun 2017, 20:02

Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Ağdam kəndində baş verən yanğınla bağlı məlumat yayıb. Modern.az Nazirliyin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 250 kvadrat metr olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 170 kvadrat metr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də söndürülüb.

Bu arada sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb. Həmin videonu təqdim edirik.

Modern.az yanğınla bağlı sosial mediada yayılan videonu təqdim edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular