Modern.az

FED uçot dərəcəsinə yenidən baxacaq

FED uçot dərəcəsinə yenidən baxacaq

12 İyun 2017, 20:43

Sabah ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə növbəti dəfə baxacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 13-14-də keçirəcək iclasda uçot dərəcəsini artırması ehtimalı yüksəkdir. Amma artıq bir neçə gündür dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşması davam edir.

Məlumata görə, dolların ucuzlaşmasına səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir.

Bu barədə açıqlama xarici valyutalar üzrə ekspert Duqlas Bortvik (Douglas Borthwick) tərəfindən verilib. O bildirib ki, D.Trampın bu ilin yanvar ayının 1-dən rəsmi olaraq fəaliyyətinə başlamasından indiyədək dollar ucuzlaşır. Buna səbəb isə ABŞ prezidentinin dolların ucuzlaşmasını dəstəkləməklə ABŞ-ın ixrac potensialını artırmasıdır.

Qeyd edək ki, Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 97-ə bərabərdir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular