Modern.az

Zaqatalada paraşüt yarışına gedənlər qəzaya düşdülər (FOTOLAR)

Zaqatalada paraşüt yarışına gedənlər qəzaya düşdülər (FOTOLAR)

4 May 2011, 16:59

Balakəndə ağır yol qəzası baş verib. Hadisə bu gün saat 10.30 radələrində rayonun “Beş Bulaq” adlanan ərazisində Yevlax-Balakən magistralının 145-ci km qeydə alınıb.
Modern.az saytının məlumatına görə, Balakən Aviasiya Mərkəzində keçirilən paraşüt yarışlarına gedən Zaqatala sürücülük məktəbinin dinləyicilərinin olduğu “Zil” markalı 62-AC-476 dövlət nömrə nişanlı təlim avtomobili aşıb. 25-30 nəfər zilin yük hissəsində olub. Onlardan 15 nəfər xəsarət alıb. Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1 vəfat edib 5-nin vəziyyəti ağırdır. Hadisəyə ilkin səbəb kimi avtomobilin sərt döngədə idarəetməni itirməsi olub. Hazırda qəzanın dəqiq səbəbləri və yaralıların adları dəqiqləşdirilir.





Xaliq Qurbanov
Gəncə
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?