Rusiya prezidenti Vladimir Putinin tanınmış Hollivud rejissoru Oliver Stounla müsahibəsi yayımlanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Putinlə müsahibə” 4 seriyadan ibarətdir və ABŞ tamaşaçısına Putinin obrazı haqqında dolğun məlumat verməlidir. Müsahibəsində Putin öz ailəsi haqqında da danışıb.
Putin ona qədər ailədə 2 uşağın doğulduğunu lakin onların vəfat etdiyini deyib.
“Mən ailəmdə gec uşaq olmuşam. Məndən öncə 2 qardaşım vəfat edib. Onlardan biri Leninqradın blokadası zamanı ölmüşdü”. Putinin atasının xüsusi qoşunlarda xidmət edərək Böyük Vətən Müharibəsinin ən çətin istiqamətlərində döyüşdüyünü xatırlayıb.
Rusiya prezidenti öz kürəkənləri ilə tez-tez diskussiya apardığını da deyib.
“Olur ki, fərqli fikirlərə malik oluruq. Bu zaman mübahisə yox, disskusiya aparırıq. Qızlarım da bəzən qatılır. Lakin onlar siyasətlə yaxud iri bizneslə məşğul deyil. Qızlarım elm və təhsil sahəsində çalışırlar”.
Putin vaxt azlığına görə nəvələri ilə çox oynaya bilmədiyindən də təəssüf edib.
Vüqar İSMAYILOV