Modern.az

Tovuzda 6 kəndi dolu vurdu - Sakinlərə dəymiş ziyan hesablanır

Tovuzda 6 kəndi dolu vurdu - Sakinlərə dəymiş ziyan hesablanır

13 İyun 2017, 11:01

Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub. Bu barədə Trend-ə Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıxheybət, Muncuqlu, Qoşa, Pələkli və Çataq kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

İcra Hakimiyyətindən bildiriblər ki, hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ziddi ziyan dəyməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular