Modern.az

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

13 İyun 2017, 11:11

“Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat evrib.

 

S.Əhmədova qeyd edib ki, bu gün onlardan 18 nəfərinin evə buraxılacağı gözlənilir:

 

“Bütün xəstələrə bütün lazımi tibbi yardımlar edilib”.

 

İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin yaydığı məlumatda bildirilir ki,  H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir.

 

Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır. Ehtimal olunur ki, onun yayılmasına səbəb su paylayıcı şəbəkədir.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?