Yəməndə 2 ildən çox davam edən qarşıdurmalar nəticəsində zərər görən tərəf yenə də sivil insanlar olur.
Ölkə daxilində 3 milyona yaxın insan, içməli su və tullantılardan qaynaqlanan xolera epidemiyasına yoluxma riski ilə qarşı-qarşıyadır.
Modern.az xarici KİV-ə istinadla bildirir verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə xolera epidemiyasından 923 nəfər dünyasını dəyişdiyini bildirib.
Məlumata əsasən 22 vilayətdən 20-də sözügedən epidemiya aşkarlanıb. Bundan əlavə olaraq, ölkədə 124 mindən çox insanda xoleranın ola biləcəyinə dair şübhələr var.
Məcid Əmirov