Modern.az

Torpaqlarımız işğal edilməsəydi dünyanın lider dövləti olardıq

Torpaqlarımız işğal edilməsəydi dünyanın lider dövləti olardıq

Parlament

13 Noyabr 2009, 10:18

Milli Məclisin deputatı, “Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Həvva Məmmədova 2010-cu ilin büdcə müzakirələri zamanı qaçqın və məcburi köçkün probleminə toxunub. Modern.az-ın məlumatına görə, o, qeyd edib ki, əgər Azərbaycanda qaçqın, məcburi köçkün problemi olmasaydı, Azərbaycan nəinki dünyanın, dünyanın lider dövləti olardı: “İndi siz bir anlıq təsəvvür edin ki, torpaqlarımız işğal olunmayıb. Nəzərə alsaq ki, işğal altında olan rayonlar Azərbaycanın təbii ehtiyatlarla zəngin bölgələridir, o zaman şərhə ehtiyac qalmır. Müasir dünyada turizm ən gəlirli sahələrdəndir. İşal altında olan  bölgələrimiz imkanlarına görə dünyanın böyük turizm bölgələri, sağlamlıq mərkəzləri ilə müqayisə oluna bilər”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI