Modern.az

1 Mayda keçirilmiş sınaq imtahanlarının nəticəsi açıqlandı

1 Mayda keçirilmiş sınaq imtahanlarının nəticəsi açıqlandı

4 May 2011, 17:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də respublikanın 25 şəhərində keçirdiyi sınaq imtahanların nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada keçirilib.

İmtahanların cavabları TQDK-nın saytında - //www.tqdk.gov.az/sinaqnetice/ - yerləşdirilib.
Abituriyentlər imtahan nəticələrini mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, "Azercell" şirkəti ilə yanaşı, "Bakcell" mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərmələklə imtahan nəticələrini öyrənə bilərlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?