Milli Məclisin bu gün keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilib.
Modern.az-ın məlumatına görə qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməlidir.
Həmçinin əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Mirmahmud KAZIMOĞLU