Modern.az

Üç partiya sədri yenə görüşdü

Üç partiya sədri yenə görüşdü

4 May 2011, 17:47

Mayın 4-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında KXCP sədri Mirmahmud Mirəlioğli, Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. VİP mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu, adıçəkilən partiya sədrlərinin son həftələrdə reallaşan silsilə təmasları çərçivəsində baş tutan sayca üçüncü görüşüdür.

KXCP, VİP və ALP sədrlərinin üçtərəfli görüşündə ölkədəki ictimai-siyasi durum və müxalifətdaxili inteqrasiya təşəbbüslərinin perspektivi ətraflı müzakirə olunub. Tərəflər ölkədə köklü və real dəyişikliklərin həyata keçirilməsinin, eyni zamanda müxalifət qüvvələrinin bir araya gəlməsinin zəruriliyini bildiriblər. Müxalifətin mövcud durumu üzərində geniş dayanan partiya sədrləri əks siyasi düşərgənin yenidən toparlanması üçün təcili addımların atılmasına ehtiyac olduğunu önə çəkiblər.

Qarşılıqlı razılaşmaya əsasən, görüşlərin davam etdirilməsi və təkliflərin müzakirə olunaraq dəyərləndirilməsi qərara alınıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?