Modern.az

Moskva-Yerevan avtobusu qəzaya düşdü: Yaralılar var

Moskva-Yerevan avtobusu qəzaya düşdü: Yaralılar var

13 İyun 2017, 14:35

Moskva-Yerevan reysi ilə hərəkət edən avtobus Voronej vilayətində yoldan çıxaraq aşıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, M-4 “Don” yolunun Verxnemamonsk rayonunda baş verən qəzada avtobus yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı 2-si uşaq olmaqla 3 nəfər yaralanıb. Onlar orta-ağır xəsarətlərlə yerli xəstəxanalardan birinə yerləşdirilib.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?