Modern.az

Su nasosxanasını ildırım vurdu: Badamdar susuz qaldı

Su nasosxanasını ildırım vurdu: Badamdar susuz qaldı

Aktual

13 İyun 2017, 20:39

Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub. Modern.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə,  nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaqdır.

Məlumata görə, hazırda "Azərsu" ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?