2011-ci ilin aprel ayı ərzində Ekologiya və Təbii Srəvətlər Nazirliyinin “qaynar xətt”inə 106 müraciət daxil olub. ETSN mətbuat xidmətinin məlumatına görə, müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət daxil olub.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 5 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, 16 müraciət isə öz təsdiqini tapmayıb.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 72 müraciətdən 67-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 2 müraciət əsassız hesab edilib, 3 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması və radiasiya ilə əlaqədar daxil olan 13 müraciətdən 2-si ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. 11 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qaynar xətt”– rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə fəaliyyət göstərir.
Modern.az