Modern.az

Xaçmazda yol polisi əməkdaşları qəzaya düşdü

Xaçmazda yol polisi əməkdaşları qəzaya düşdü

13 İyun 2017, 21:47

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşının idarə etdiyi BMW markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir. Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?