Prezident İlham Əliyev 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib. Modern.az xəbər verir ki, 2016-cü il dövlət büdcəsinin icrası gəlirlər 17 505 679,5 min manat, xərclər 17 751 283,7 min manat məbləğində olmaqla, təsdiq edilib.
2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29,4 faizini təşkil edib.
2016-ci ildə dövlət büdcəsinin faktiki kəsiri 245 604 134 manat və ÜDM-in 0,4 faiz təşkil edib.
Modern.az