Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Mənzildə 1983-cü il təvəllüdlü Ünal Hüseyn Bostan oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Modern.az