Modern.az

Çavuşoğlu Qətərə gedir

Çavuşoğlu Qətərə gedir

14 İyun 2017, 09:35

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çavuşoğlunun səfəri iyunun 14-də baş tutacaq.

Səfər çərçivəsində Çavuşoğlu Qətərin rəsmləri ilə görüşüb regionda vəziyyəti müzakirə edəcək.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

 

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?