Modern.az

Bulvar İdarəsi “Son zəng”ə görə gücləndirilmiş rejimə keçib

Bulvar İdarəsi “Son zəng”ə görə gücləndirilmiş rejimə keçib

14 İyun 2017, 09:36

Bu gün orta ümumtəhsil məktəblərində 2016/2017-ci tədris ili başa çatır. Bu münasibətlə də məktəbi bitirən məzunlar üçün “Son zəng” çalınır.

Məzunların hər il olduğu kimi, məhdudiyyət qoyulmasına baxmayaraq, Dənizkənarı Milli Parkda müxtəlif əyləncə təşkil edəcəkləri istisna edilmir.

Bununla bağlı Dənizkənarı Bulvar İdarəsi də gücləndirilmiş iş rejimində çalışacaq. 


Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov bildirib:

 

“Hər il olduğu kimi, bu il də polis əməkdaşları asayişə nəzarət edəcəklər. Bizim işimiz kimliyindən, çox, yaxud da az gəlmələrindən asılı olmayaraq, insanlara yüksək səviyyədə xidmət göstərmək, bulvarda istirahət etməyə şərait yaratmaqdan ibarətdir. Bu günlə bağlı əraziyə gələcək qonaqların çoxuluğunu nəzərə alaraq biz gücləndirilmiş rejimdə işləyirik”.

Ərazidə hər hansı zərurət müqabilində təcili yardım maşınlarının yerləşdirilməsinə gəlincə, E.Bağırov xidmət əməkdaşlarının hadisə və zərurətdən dolayı çağırıla biləcəyini deyib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?