Londonun mərkəzində baş verən yanğında ölənlərin olduğu bildirilir. Yanğınsöndürmə xidmətinin komissarı ölənlərin dəqiq sayını açıqlamayıb.
***
Böyük Britaniyanın paytaxtı Londonda dəhşətli yanğın olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 mərtəbəli binadakı yanğına qarşı 200-dən artıq yanğınsöndürən səfərbər olunub. Azı 30 nəfərin yaralandığı məlumdur.
Binanın içində insanların ola biləcəyi bildirilir.
Yanan bina 1974-cü ildə inşa olunub. Yanğına səbəb kimi 4-cü mərtəbədə baş verən partlayış səbəb göstərilir.
Vüqar İSMAYILOV