Modern.az

Prezident rayonlara səfərə çıxıb

Prezident rayonlara səfərə çıxıb

5 May 2011, 12:47

Mayın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Sabirabad rayonuna gəlib. (AzərTAc)
Modern.az-ın məlumatına görə, ölkə başçısı Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etib və önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıldığı barədə məlumat verilib. Bu mərhələdə H.Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Daha sonra prezident Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Cənab prezidentə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib və qeyd edilib ki, Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün ölkə başçısı ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılıb.

Bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri artıq başa çatdırılıb. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcəkdir. Yolun açılışını bildirən lenti kəsdikdən sonra president İlham Əliyev görülən işlərdən razılığını bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?