Modern.az

Prezidentin təltif etdiyi Cocuq Mərcanlı sakini: “İlk dəfədir orden alıram”

Prezidentin təltif etdiyi Cocuq Mərcanlı sakini: “İlk dəfədir orden alıram”

14 İyun 2017, 13:14

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oqtay Həziyev Modern.az saytına açıqlamasında bu sərəncamı yüksək dəyərləndirdiyini deyib.

“Allah cənab prezidentin canını sağ eləsin. Bu ən böyük ordendir ki, ilk dəfədir mənə verilir. Həm  orden birincidir, həm də Azərbaycanda ilkdir ki, mənə verirlər. Təbii ki, bu sərəncama sevindim”.

Oqtay Həziyev bundan sonrakı fəaliyyətindən də söz açıb.

“Uzun illərdir ki, təsərrüfatla məşğul oluram. Bu sərəncamdan sonra təsərrüfatımı daha da genişləndirəcəm. Təsərrüfatla məşğul olmaqdan gözəl nə var ki!”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?