ABŞ prezidenti Donald Trampın populyarlıq reytinqi rekord səviyyədə azalıb.
Modern.az xəbər verir ki, “Galloup” şirkətinin apardığı rəy sorğusuna görə amerikalıların 58%-i Trampın işindən narazıdır. Aprel-may aylarında bu rəqəm 50-56% arasında idi.
Ağ Evin siyasətini rəyi soruşulanların yalnız 37%-i dəstəkləyib. Sorğu iyunun 5-11-i tarixlərində keçirilib və 3,5 min insanı əhatə edib.
Vüqar İSMAYILOV