Modern.az

YAP Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirib

YAP Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirib

14 İyun 2017, 14:14

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş "Azərbaycan dünyaya günəş kimi doğacaq" adlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbir ümummilli lider Heydər Əliyevə həsr olunmuş videçarxın nümayişi ilə başlayıb.

 

Sonra çıxış edən baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədov Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, YAP-ın Heydər Əliyev ideyalarına xidmət edən möhtəşəm ordu olduğunu qeyd edib: "Partiya üzvlərinin sayı yaxın vaxtlarda 700 min nəfərə çatacaq. Müasir Azərbaycanın ən böyük resurslarından biri məhz YAP-dadır. Əminəm ki, YAP bundan sonra da prezident İlham Əliyevin rəhbərliyi ilə doğan bir günəş olan Azərbaycanın inkişafına öz töhfəsini verəcək. İnsanlarımızın daha firavan yaşamasını, işğal altındakı torpaqlarımızın qısa müddətdə azad edilməsini arzulayıram".

 

YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 15 iyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulayıb: "Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin acı tarixini yaşamaqdan qurtulub. Heydər Əliyev hakimiyyətə gələndən sonra qarşıda duran taleyüklü problemlər mərhələli şəkildə həll olundu. Azərbaycan 1993-cü ilin iyununda parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev cəsarətlə xalqın qurtuluşu missiyasını öz üzərinə götürdü".

 

Daha sonra YAP fəalları çıxış ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?