“Son zəng tədbirləri hər bir orta məktəbin daxilində keçirilməlidir”. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, hər dəfə belə gəzintilər olanda əxlaqa yaraşmayan hallar baş verir.
““Son zəng” tədbirləri hər bir məktəbin daxilində keçirilməlidir. Ona görə bu il göstəriş veriləcək ki, “son zəng”lə bağlı kütləvi gəzintilər olmasın və belə belə gəzintilərin qarşısı alınsın. “Son zəng” mərasimlərinin keçirilməsi hər bir orta məktəbin özünə həvalə olunacaq” deyə təhsil naziri əlavə edib.
Modern.az