Leyboristlər öz müraciətində İlham Əliyevi ABŞ-ın Azərbyacandakı səfirinə diplomatik aqreman verməməyə çağırıb
Gürcüstan Leyborist Partiyası Azərbaycan prezidentinə müraciət edib. Modern.az “Qruziya Online”ə istinadən bildirir ki, Leyboristlər öz müraciətində İlham Əliyevi ABŞ-ın Azərbyacandakı səfiri Metyu Brayzya diplomatik aqreman verməməyə çağırıb. Partiyanın baş katibi Soso Şatberaşvili Metyu Brayzanı Qafqazda vəziyyəti partlayış həddinə gətirməkdə itiham edib və səfiri “avantürist” adlandırıb.
Leyboristlər Partiyası bəyan edib ki, Azərbyacanada hakimiyyətin dəyişdirilməsi ilə bağlı bir müddət əvvəl səslənmiş bəyənatları ciddi müzakirə ediblər və partiya hesab edir ki, bu məlumatların ortaya çıxması səbəbsiz deyil.
“Saakaşvili-Bokeriya və onların neokonservator himayədarları Qafqazda vəziyyətin pisləşməsinə ciddi təhlükə yaradır”-detə baş katib bildirib.
Leyborist Partiyası ABŞ Senatına da müraciət edərək Brayzanın səfir təyinatını təsdiq etməməyə çağırıb.
Bəyanatda adı keçən Qiya Bokeriya Gürcüstan Milli Təhlukəsizlik Şurasının katibidir. Ötən həftə rusiyalı politoloq Heydər Camal onu Azərbaycanda dövlət çevrilişi hazırlamqda ittiham edib.
Xaqani Səfəroğlu