Modern.az

Ucarda məzunlar yol qəzasına düşdü - yaralılar var

Ucarda məzunlar yol qəzasına düşdü - yaralılar var

14 İyun 2017, 17:06

Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var. Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. Yol qəzasında xəsarət alan məzunların adları məlum olub. 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri,  2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?