Modern.az

Azərbaycanlı deputatlar Türkiyəyə gedirlər

Azərbaycanlı deputatlar Türkiyəyə gedirlər

14 İyun 2017, 17:25

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev iyunun 15-də Türkiyənin İsparta şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  deputatlar Türkiyə dövləti və Süleyman Dəmirəl adına Universitetin rektorluğu tərəfindən keçirilən sabiq prezident Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər.

Toplantıda görkəmli dövlət xadimi Süleyman Dəmirəlin həyatı və siyasi fəaliyyəti barədə xatirələr səsləndiriləcək, onun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan bəhs olunacaq.

Səfər iyunun 18-də başa çatacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?