Modern.az

Azərbaycandaxarici hərbi attaşelərin hərbi hissəyə səfəri təşkil olunub

Azərbaycandakı xarici hərbi attaşelərin hərbi hissəyə səfəri təşkil olunub

14 İyun 2017, 17:49

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun  təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib. 

On altı dövləti təmsil edən hərbi attaşelik aparatlarının 21 nümayəndəsi ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?