Qətər ABŞ-dan 12 milyard dollarlıq "McDonnel Douglas F-15 Eagle" qırıcısı alacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri çərşənbə günü bu müqaviləni imzalamaq üçün görüşməli idilər.
Məlumatlara görə, müqaviləyə 36 təyyarə daxildir.
Ötən ilin noyabr ayının 18-də məlum oldu ki, ABŞ Qətərə 21,1 milyard dollar dəyərində 72 ədəd F-15QA qırıcısı və müxtəlif avadanlıq və silah satacaq.
"McDonnel Douglas F-15 Eagle" - 1970-ci ildə "McDonnell Douglas" şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil Amerikanın taktiki qırıcı təyyarəsidir. Bu təyyarədən cəmi təxminən 1200 ədəd müxtəlif modifikasiyalı istehsal edilib.
Modern.az