Modern.az

Ulu Öndər

Ulu Öndər

15 İyun 2017, 09:46

Akif TƏVƏKKÜLOĞLU

Əməkdar  jurnalist

 

Düşmən çəpərim - oğul,

Eşit, sənə sözüm var.

Bunu unutma heç vaxt,

Sənin bircə yolun var.

Müqəddəs Heydər yolu!

Bu yol adi yol deyil

Bu, ulu Öndər yolu,

Bu yol andım, amanım,

Gələcəyə inamım,

Ümidim, həm pənahım.

Bil, bu yolla düşmənə

Sən qalib olacaqsan!

Adın dillərdə əzbər

Tarixdə qalacaqsan.

Ey hünərvər övladım,

Unutma sən bu yolu...

Yurdumun çörəyinə

Xilaf çixan, ağ olan

Hər mənfura, nadana

Bunu biləsən inan

Bu yol qənim olacaq

Onun sonu çatacaq.

Hünərli ol, qorxmaz ol,

Yerə çökdür düşməni

Tezliklə qələbəni

Yetirəcək zamanım.

Ali Baş Komandanım!

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular