Azərbaycanın “Eurovision-2011” təmsilçiləri-Eldar və Nigar Düsseldorfda “Euroklub”da Türkiyə nümayəndə heyətinin rəsmi tədbirində çıxış edib.
Tədbir çərçivəsində nümayəndələrimiz Rusiya, Malta, San-Marino, Gürcüstan, Makedoniya, eləcə də gecəyə sahiblik edən Türkiyənin “Yüksək Sadakat” qrupu ilə birlikdə olublar.
Duetimiz “Euroklub” səhnəsindən qonaqlara müsabiqədəki mahnılarını-“Running Scared” mahnısını ərməğan edib.
“Yüksək Sadakat” qrupunun tədbirindəki bu ifa təmsilçilərimizin Düsseldorfda rəsmi məşqdən əlavə ilk çıxışı olub. Eldar və Nigar burada bek-vokalçıların dəstəyi olmadan canlı ifa ediblər.
“Eurovison-2011” təmsilçilərimiz gözəl vokal imkanlarını nümayiş etdirməklə yanaşı, həm də dinləyicilərlə canlı ünsiyyət yaradaraq qonaqlar, fanatlar və jurnalislərin böyük rəğbətini qazanıblar.
Modern.az