Keçmiş SSRİ-nin məşhur aktyoru Aleksey Batalov iyunun 15-də 89 yaşında vəfat edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyor gecə yatıb, səhər ayılmayıb.
Qeyd edək ki, daha öncə aktyor qıçını sındırdığı üçün 2 ay xəstəxanada müalicə alıb
Əfsanəvi aktyor 1928-ci ildə anadan olub. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır" filmindəki Qoşa obrazı ilə xatırlayır.