Modern.az

İstirahət mərkəzində hovuza yıxılan 8 yaşlı uşaq komaya düşüb

İstirahət mərkəzində hovuza yıxılan 8 yaşlı uşaq komaya düşüb

15 İyun 2017, 23:44

Şəkidə 8 yaşlı oğlan istirahət mərkəzinin hovuzunda yıxılıb, vəziyyəti ağır qiymətləndirilir. Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Şəki şəhər Bilallar küçəsi ev 10 ünvanında yaşayan,  2009-cu il təvəllüdlü Ayxan Qurban oğlu Əzizli hələ ki istintaqa məlum olmayan səbəbdən “Marxal” istirahət mərkəzinin hovuzuna yıxılıb. Hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan bildirilib ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz  halda olan Ayxan Əzizlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular