Bakıda 63 yaşlı kişinin meyiti mənzildən tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1954-cü il təvəllüdlü Əliyev Əsgər Nuxbaloviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Modern.az