Modern.az

ÜAK-dan AÇIQLAMA: “Bizə verdikləri cavab gecikə bilər”

ÜAK-dan AÇIQLAMA: “Bizə verdikləri cavab gecikə bilər”

16 İyun 2017, 11:29

“Artıq Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) olaraq apelyasiya şikayəti vermişik. Nə vaxt cavab verəcəklərini isə bilmirik. İndi yay vaxtıdır. Ola bilsin ki, bizə verdikləri cavab yay tətilinə görə gecikə bilər”.

Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev  deyib.

Onun sözlərinə görə, apelyasiya şikayətində bütün məsələlər öz əksini tapıb.

“Ümid edirik ki, apelyasiya şikayətindən sonra qeydiyyat məsələsi həll olunacaq. Çünki bu qərarla bağlı narazılığımızı bildirdik.

Əvvəlki məhkəmə prosesində bizim şikayətimizə əhəmiyyət verilmədi. Budəfəki apelyasiya şikayətimizdə bütün narazılıqlarımız və tələblərimiz öz əksini tapıb”.

Xatırladaq ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında Ali Məhkəmə ÜAK-ın qeydiyyatını ləğv edib.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular