Modern.az

Səhhətində problem olduğu deyilən deputatdan yeni XƏBƏR

Səhhətində problem olduğu deyilən deputatdan yeni XƏBƏR

16 İyun 2017, 11:58

“Atamın səhhəti normaldır. Heç bir problemi yoxdur. İnşallah, bu ayın axırı vətənə qayıdacaq”.

 

Bunu Modern.az-a açıqlamasında deputat Fəzil Ağamalının oğlu, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyev deyib.

Onun sözlərinə görə, atasının istirahəti bir az uzun çəkib.

 

“Düzdür, atamın istirahəti bir az uzun çəkib deyə, hər kəs narahatdır. Hətta, mətbuat səhifələrində atamla bağlı yanlış informasiyalar yer aldı. Halbuki, yazılanların heç bir əhəmiyyəti yoxdur.

 

Dəqiq deyirəm ki, narahatlığa əsas yoxdur. Fəzail Ağamalı yaxşıdır. Atam gələndə nə sualınız varsa, özünə ünvanlayarsınız”.

 

Xatırladaq ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib. 

 

Onun səhhətinin pisləşməsinə dair bir aydan çoxdur ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində  müalicə aldığı deyilir.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular