Modern.az

Bakıda öz evlərindən külli miqdarda pul oğurlayan qız saxlanılıb

Bakıda öz evlərindən külli miqdarda pul oğurlayan qız saxlanılıb

16 İyun 2017, 12:36

Daxili İşlər Nazirliyi öz evlərindən oğurluq edən qızla bağlı məlumat yayıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

 Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular