Modern.az

Dillər Universiteti Bakı Slavyan Universiteti ilə birləşmək istəmir - AÇIQLAMA

Dillər Universiteti Bakı Slavyan Universiteti ilə birləşmək istəmir - AÇIQLAMA

Aktual

16 İyun 2017, 16:51

İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti (BSU)  və Azərbaycan Dillər Universitetinin (ADU)  birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır. O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.

 

Məsələyə ADU-dan münasibət bildirilib. ADU-nun İnformasiya Departamentinin müdiri Araz Ağayev Modern.az saytına açıqlamasında  universitetlərin adlarının birləşdirilməsində hallanması məsələsinin məqsədəuyğun  olmadığını deyib.

 

“Sualınıza cavab olaraq bildiririk ki, ADU-nun hansısa bir universitet, o cümlədən BSU ilə birləşməsinə dair təklif və niyyəti  mövcud deyil.

 

Bu, ölkə rəhbərliyi və digər müvafiq instansiyaların səlahiyyətinə aid məsələdir. Bir daha bəyan edirik ki, ADU öz resurslarını qarşıda duran ciddi vəzifələrin həlli istiqamətində səfərbər edib və gündəmdə olmayan bir məsələ ilə bağlı adının hallandırılmasını məqsədəuyğun hesab etmir”

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular