Modern.az

Azərbaycan əhalisinin sayı 9 milyon 800 mini ötdü

Azərbaycan əhalisinin sayı 9 milyon 800 mini ötdü

Aktual

16 İyun 2017, 17:27

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. Modern.az xəbər verir ki, komitəinin məlumatına görə, 2017-ci il mayın 1-i 1-i vəziyyətinə əhalinin sayı 9836695 nəfərə çatıb. Əhalinin sayı ilin əvvəlindən 26714 nəfər və ya 0,3 faiz artıb.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46996 doğulan körpə qeydə alınıb.

Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,7 təşkil edib.

Doğulan körpələrin 52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqlarıdır. Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır. 

Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ