Modern.az

Almaniyanın sabiq kansleri vəfat etdi

Almaniyanın sabiq kansleri vəfat etdi

16 İyun 2017, 20:16

Almaniyanın sabiq kansleri Helmut Kol vəfat edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 87 yaşlı sabiq kansler Lüdviqshafen şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, H.Kol 1982-1998-ci illərdə Almaniyanın kansleri olub. O, Almaniyanın müasir tarixində ardıcıl dörd müddət kansler vəzifəsində çalışan ilk siyasətçi olub. H.Kol Almaniyanın birləşməsində və “soyuq muharibənin” başa çatmasında mühüm rol oynayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?