Modern.az

USAID-in Azərbaycan üzrə missiyasının direktoru vəzifələrinin icrasına başladı

USAID-in Azərbaycan üzrə missiyasının direktoru vəzifələrinin icrasına başladı

5 May 2011, 17:14

Maykl Grin (Michael Greene) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb. Bu barədə Modern.az-a adı çəkilən qurumdan məlumat verilib.

Bu vəzifəyə təyin olunmazdan əvvəl, o, 2009-cu ildən Qərbi Əfqanıstan üzrə Regional Platformanın direktoru olub. Bu vəzifədə o, USAID-in sabitlik və inkişaf proqramlarına nəzarət edib. 2005-2009-cu illərdə Qrin Peruda Alternativ İnkişaf Proqramının direktoru vəzifəsində çalışıb.

Həmçinin, M. Qrin Xorvatiyada Özəl Sektorun İnkişafı şöbəsinin rəhbəri, Dominikan Respublikasında icraçı baş müfəttiş, Boliviyada ofis rəhbərinin müavini, Banqladeşdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması proqramının koordinatoru və Ekvadorda Sahil Yenidənqurma Layihəsinin regional ofisinin rəhbəri işləyib.

“Azərbaycan üzrə missiya rəhbəri kimi, Qrin USAID-in Azərbaycanın hərtərəfli, bazar iqtisadiyyatına əsaslanan demokratiyaya keçidini dəstəkləyən proqramlarına nəzarət edəcək. USAID proqramları vətəndaşların işə cəlb olunması, yeni iş yerlərinin açılması, gəlirlərin artırılması, Azərbaycan xalqının sağlamlığı və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Həmçinin, USAID/Azərbaycan məmnuniyyətlə bildirir ki, yeni missiya direktorunun gəlişi ilə əvvəllər USAID-in Tiflisdə yerləşən Qafkaz regional missiyasının bir hissəsi olan USAID/Azərbaycan tamamilə müstəqil missiyaya çevriləcək”-deyə qurumdan bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?