Vüqar Tofiqli
Haqqında bir sıra yazılar qələmə alsam da, bilirəm ki, onun yalnız birini oxuyub. Sonuncu yazı həqiqətən özümündə ürəyimə yatmışdı.
Yadımdadır ki, o yazını ağsaqqalın ozü də təkrar oxuyub, dərhal reaksiya verərək ərinmədən zəng edib, təşəkkürünü bildirmişdi.
İndi ürəyimdən keçən bəzi, xüsusəndə əvvəlki yazılarda, unutduğum məqamlara diqqəti çəkmək istərdim.
Söz yox ki, onun nə millət vəkili, nə tanınmış QHT rəhbəri, nə də ki xeyriyyəçi bir insan kimi təqdimata ehtiyacı var. Deyərdim ki, elə bu yazıya da ehtiyacı yoxdur. Amma mən on il ərzində onun komandasında olduğumdan, onun, belə demək mümkündürsə, on il çörəyini yediyimdən, o cümlədən istər özümün, istərsə də dostlarımın müraciətlərini heç vaxt yerə salmadığından, ürəklə ağsaqqalıq edib həll etdiyindən bu yazını ad günü ərəfəsində yazmağı özümə borc bildim.
Yəqin ki, hiss etdiniz ki, söhbət Elxan Süleymanovdan gedir. O insandan ki, Şamaxı rayonundan seçilmiş millət vəkilidir, o insandan ki böyük bir QHT sektorunun yaradıcısı və rəhbəridir.
Bəli, elə hiss edilməsin ki, ağsaqqaldan hansısa təmənnam var, ona görə və ya hansısa bir xahiş etmək niyyətim var, ona görə bu yazını qələmə alıram. Xeyr, bu əsla belə deyil!
Mənə edilən hər bir yaxşılğı heç vaxt unutmadığımdan, borc bilirəm ki Elxan müəllimin həyat fəaliyyətinin bəzi səhifələrini digərlərinə, xüsusəndə gənclərə örnək olmaq üçün bir daha vərəqləyim.
Bunu Elxan müəllim üçün diqqət hesab etsəmdə, mənim üçün də böyük şərəfdir.
Artıq yaşının ən müdrik çağındadır Elxan müəllim. On il ərzində yaddaşımda dərin izlər buraxmış bəzi məqamları, ümumiləşdirmələri xatırlatmaq istərdim.
Elxan Süleymanov daim yeniliyə çan atan insandır. 76 yaşı tamam olsa da daim kreativ ideylaların müəllifi olub. Ən çətin, həlli belə mümkün olmayan, layihələri kerçəkləşdirməkdən həmişə zövq alıb və almaqdadır.
Xocalı soyqırımının tanıdılmasıyla bağlı nələr etməyib Elxan müəllim. Bir hadisəni xatırlatmaq yerinə düşərdi.
Yaxşı yadımdadır, böyük ziyalı ordusunu toplayıb yeni bir layihə barədə qısa məlumat verdikdən sonra ona ad verməsini istədi. Hiss olunurdu ki, qərar verib, ancaq layihə iştirakçılarının fikirini bilmək istəyir. Hərə bir ad dedi. Onun fikrinə yaxınlaşanda oldu, uzaqlaşanda. Amma heç kim “onluğa” vura bilmədi. Yekunda ayağa qalxıb bir cümləylə “layihənin adı “Millyon imza-bir tələb” olacaq” dedi. Bu dörd sözdə deyərdim layihənin əsas qayəsi idi. Müzakirə bununla da bitdi.
Elxan Süleymanov həmişə sözünün ağası olub. Dediyi sözü hədər yerə demir, deməyib və yəqin ki bundan sonra da deməyəcək. Şahidəm ki, onlarca verdiyi sözü, gec də olsa? yerinə yetirib, bu prosesdən özü də zövq alıb.
Elxan Süleymanov çox sadə və səmimi insan olmaqla, hətta xoşlamadığı insanı belə məqamında bağışlayır, sadəcə belə adamları çox ustalıqla yola verməyi bacarır. Bu məqam deyərdim onda fitri istedaddır. Sadəcə həyat məktəbi və oxuduğu ali məktəb bu istedadı bir balaca cilalayıb.
Başqa bir maraqlı məqam ondadır ki, ona pislik edən, bəlkə də bəzi məqamlarda onu çıxılmaz vəziyyətdə qoyan adamlara iş verməklə, işlə bağlı öz istədiyi nəticəni onlardan alınca işlədir. Digər bir nəticə isə həmin adamın öz səhvini dərk etməsiylə yekunlaşır.
Elxan Süleymanov mahir siyasətçidir. Bu gün Azərbaycanın Avropada əldə etdiyi uğurlarda onun az xidməti yoxdur. Usta şahmatçı kimi rəqiblərini bəzən seytnota salmaq bacarığı da vardır. Bu gün Qarabağ mövzusuyla bağlı, Sərsəng su ambarıyla bağlı ölkəmizin əldə etdiyi azacıq da olsa uğurun kökündə məhz Elxan Süleymanov siyasəti və uzaqgörənliyi dayanır desəm bəlkədə yanılmaram.
Elxan müəllim həm də iti hafizəyə, güclü yaddaşa malikdir. Tək uşaq vaxtı, gəncilk illərində olanları deyil , həm də indinin özündə belə rastlaşdığı hadisələri yaddaşının küncünə yazmağı bacarır. Həmin fakt sadəcə onun yaddaşında yer tutur. Yadımdadır ki, xarici media qurumlarında Xocalı Soyqırımı ilə bağlı materialı yerləşdirmək istəyərkən Azərbaycan əsilli redaktorun onu reklam materialı kimi hesab etməsi ağsaqqala pis təsir etmişdi. Sonralar bəlkə də on dəfələrlə bu hadisəni “xoş sözlərlə” anmışdı.
Bəli, Elxan Süleymanov haqqında çox mətləblərə toxunmaq olar...
Bu gün Hacı Rəhim Əfəndinin ruhu şaddır. Ona görə ki, Qaraman kəndini layiqincə təmsil edən nəvəsi bu gün onun ideyalarını təbliğ edir, dövlətinə, Vətəninə sədaqətlə xidmət edir. Ən nəhayət layiqli davamçıları da artıq yetişdirib...
Əziz ağsaqqalıma ən böyük arzum onunla Ağdamdan, Xocalıdan, Xankəndindən keçməklə Şuşada Cıdır düzündə görüşməkdir.
Can sağlığı arzusuyla, Sizin Vüqar Tofiqli