Modern.az

Müsəlman kilsədə və ya sinaqoqda namaz qıla bilərmi? - İlahiyyatçıdan CAVAB

Müsəlman kilsədə və ya sinaqoqda namaz qıla bilərmi? - İlahiyyatçıdan CAVAB

17 İyun 2017, 16:35

Ötən gün İspaniyanın Qranada şəhərində Triumf məbədində müsəlmanların namaz qılması xristianların hiddətinə səbəb olub.  Müsəlmanlar kilsədə namaz qılmaq üçün şəhər meri Frasisko Kuensdən rəsmi icazə aldıqlarını deyiblər. Meriya bu addımını ölkənin tolerant mövqeyi və Ramazan ayı ilə bağlı müsəlmanlara hörmət jesti kimi əsaslandırıb.

Bəs müsəlmanlar kilsə və yaxud sinaqoqda namaz qıla bilərmi? Dində bununla bağlı hər hansı qadağa varmı?

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı Modern.az-a açıqlama verib:

“Peyğəmbərin dövründə xristianlar peyğəmbərin məscidində ayinlərini və ibadətlərini yerinə yetirə bilirdilər. Belə olduğu halda müsəlmanların kilsədə və ya sinaqoqda ibadət etməsi niyə qəribə qarşılanmalıdır?.

Digər tərəfdən həmin yerdəki kilsə əvvəllər məscid olub və daha sonra kilsə halına gətirilib. Necə ki bu gün Türkiyədəki Ayasofya məscidi daha öncə kilsə olub.

Bu gün bir insan təyyarə və ya digər  istənilən yerlərdə namaz qıla bilirsə, bu da məqbul sayılmalı və qəribə qarşılanmamalıdır”.

Adətən məscidlər “Allahın evi” hesab edilir. İlahiyyatçı insanlar arasında formalaşan bu fikrə də münasibət bildirib:

“Məscidlərin “Allahın evi” olması o demək deyil ki, Allah orada yaşayır, yaxud başqa bir şey. Sadəcə, bu ifadə məscidlərin Allaha məxsus olması ilə əlaqəlidir. Yəni məscidlər ictimaiyyətə açıq olan yerdir, kiminsə mülkiyyətində deyil”.

 

Günay RƏSULQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular