Modern.az

Türk əsgərləri şəhid oldu

Türk əsgərləri şəhid oldu

17 İyun 2017, 17:24

Türkiyə ordusu PKK terrorçularına qarşı keçirilən antiterror əməliyyatında 3 əsgərini itirib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurumda PKK terror təşkilatı ilə baş verən atışma nəticəsində 1 türk  əsgəri şəhid olub. Baş vermiş atışma nəticəsində isə 3 terrorçu öldürülüb.

Hakkari rayonun Çukurca qəsəbəsində isə terroristlərin partlayıcını partlatması nəticəsində 2 əsgər şəhid olub, 7-i isə yaralanıb.  Baş vermiş atışma nəticəsində isə 5  terrorçu zərərsizləşdirilib.


Türkiyənin baş naziri Binəli Yıldırım yerli mətbuata deyib ki, son 9 ayda ordu və təhlükəsizlik qüvvələri 1068 terrorçunu məhv edib.

 

B. Yıldırım deyib ki, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olan 368 şəxs saxlanılıb, 289 nəfər isə könüllü təslim olub.

 

Baş nazir həmçinin qeyd edib ki, son doqquz ayda ölkədə 360 terror aktının qarşısı alınıb.

 

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular